EN

Birlikdə yaşadığı qadının xalasının evinə basqından sonra onu qarət edən kuryerə AĞIR CƏZA

Bakıda quldurluq etməkdə təqsirləndirilən Cavidan Əhmədlinin cinayət işi üzrə məhkəmə araşdırması yekunlaşıb.

 

Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Elmin Rüstəmovun sədrliyi ilə keçirilən sonuncu prosesdə hökm oxunaraq təqsirləndirilən Cavidan Əhmədli 8 il 6 ay azadlıqdan məhrum olunub.

 

Qeyd edək ki, hadisə 2024-cü ilin sentyabrında baş verib. Cavidan Əhmədli Bakının Balaxanı qəsəbəsində qeyri-rəsmi nikahda yaşadığı qadının xalası Solmaz Mirzəyevanın mənzilinə bıçaqla basqın edərək onun əl-qolunu bağlayıb, ona məxsus 8 min manat və külli miqdarda qızıl zinət əşyalarını qarət etməkdə təqsirləndirilir. Onu da qeyd edək ki, təqsirləndirilən paytaxtda kuryer xidmətində çalışırmış.

 

Ona qarşı Cinayət Məcəlləsinin 181.2.3 (mənzilə qanunsuz daxil olmaqla törədildikdə), 181.2.4 (xeyli miqdarda əmlak ələ keçirilməklə törədildikdə) və 181.2.5 (silah və ya silah qismində istifadə edilən əşyalar tətbiq edilməklə törədildikdə) maddələri ilə ittiham irəli sürülüb.

 

Oxu.az

Tarix: 21 İyul 2025, 14:15   
Chosen
37
37
pravda.az

10Sources