EN

Dəniz daha bir can aldı

Nardaranda dənizdə batan şəxsin meyiti tapılıb.

"Cebheinfo.az" FHN-ə istinadən xəbər verir ki, qurumun “112” qaynar telefon xəttinə Bakı şəhəri, Sabunçu rayonu, Nardaran qəsəbəsində, dənizdə (ən yaxın sularda xilasetmə məntəqəsindən təqribən 5 km aralı, nəzarətsiz ərazi) 1 nəfərin batması barədə məlumat daxil olub.

FHN-in Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-xilasediciləri axtarışlara cəlb olunublar.

Həyata keçirilən tədbirlər nəticəsində meyit sudan çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.

"Cebheinfo.az"

Chosen
32
45
cebheinfo.az

10Sources