EN

MİQ imtahanında uğur qazanan müəllim: "Suallara baxanda gülümsədim"

Xəbər verdiyimiz kimi, iyulun 4-də müəllimlərin işə qəbulu üzrə test imtahanı keçirilib.

Belə ki, imtahanda yüksək nəticə əldə edənlərdən biri də Azərbaycan dili və ədəbiyyat (rus bölməsi üzrə) müəllimi Leyla Məmmədovadır.

O, imtahandan 91 bal toplayıb.

AzEdu.az bu münasibətlə müəllimlə əlaqə saxlayıb, təəssüratlarını öyrənib.

Leyla müəllim Azərbaycan Dövlət Pedaqoji Universitetin məzunu olub: "Balakən rayonu Nizami adına 1 nömrəli tam orta məktəbdə orta təhsil almışam. Bakalavr təhsilim isə Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) Filologiya fakültəsi üzrə bitirmişəm. Hazırda Balakən rayonu akademik Zərifə Əliyeva adına şəhər 3 nömrəli tam orta ümumtəhsil məktəbi məktəbdə çalışıram. 18 ildir ki, pedaqoji fəaliyyət göstərirəm.

Mən keçən ildə MİQ imtahanında iştirak edib respublika dördüncüsü olmuşdum. Sözün düzü, bu il heç bir hazırlıqlara getmədən imtahanda iştirak etdim. Düşünürdüm ki, nəticə yaxşı olacaq.Təbii ki, hər bir insanın yüksək bal toplamaq arzusudur. Əslində hədəfim 100 bal toplamaq idi. Amma yenə də yığdığım bal məni qane edir. Ötən il sertifikasiya imtahanından 50 bal topladım.

İmtahana ümumiyyətlə hazırlaşmadan getmişəm

"Həmin ərəfələrdə qardaşımın toyu idi. Düşünürdüm ki, bəlkə imtahana getməyim. Toy ayın 5-i, imtahan isə 4-ü idi. Sonra dedim ki, yox, artıq imtahanın qeydiyyatından keçmişəm. Nəticəmdən dolayı çox xoşbəxtəm. Ümumilikdə 2-ci dəfə idi ki, iştirak edirdim. Növbəti ildə də imtahandan iştirak etməyi düşünürəm. Çünki özüm yerdəyişmə etmək istəyirəm. Bakıda fəaliyyət göstərməyi düşünürəm. İmtahan suallarının tərtibatından razı qaldım. Mənə çox da çətin gəlmədi. Bəlkə də 18 illik təcrübəm olduğu üçün, repetitor kimi çalışdığıma görə suallar çətin olmadı. 75 dəqiqəyə 91 bal toplamağa müvəffəq oldum. Düşünürəm ki, yüksək bal toplaya bilmək üçün daha çox test üzərində çalışmaq lazımdır".

Chosen
10
12
azedu.az

10Sources