EN

Kobaxidze: Ermənistan Azərbaycan sülh danışıqları müsbət qiymətləndirilir

Bakivaxti saytından verilən məlumata əsasən, ain.az məlumatı açıqlayır.

Gürcüstanın Baş naziri İrakli Kobaxidze Gürcüstanda səfərdə olan Ermənistanın daxili işlər naziri Arpine Sarkisyan ilə görüş zamanı Cənubi Qafqazda sülh və sabitlik məsələlərini müzakirə edib.

Bakıvaxtı.az Report-a istinadən xəbər verir ki, görüşdə Ermənistan və Azərbaycan arasında sülh sazişinin bağlanması istiqamətində aparılan danışıqların yekun mərhələyə çatması yüksək dəyərləndirilib.

Tərəflər sənədin yaxın vaxtlarda imzalanacağına ümid ifadə ediblər.

Baş nazir Kobaxidze Gürcüstan hökumətinin regionda davamlı sülhün və sabitliyin təmin olunması, eləcə də Bakı ilə İrəvan arasında dialoqun təşviqinə bundan sonra da dəstək verməyə hazır olduğunu vurğulayıb.

Qeyd edək ki, görüşdə Gürcüstanın daxili işlər naziri Gela Geladze də iştirak edib.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Chosen
13
33
bakivaxti.az

10Sources