EN

“Temu”dan gələn Hadisə” - Nəfəsə sərt iradlar yazıldı + VİDEO

Nabranda konsert proqramı ilə çıxış edən müğənni Nəfəs səhnə geyimi ilə diqqət mərkəzinə düşüb.

Yenisabah.az xəbər verir ki, ifaçının seçdiyi obraz sosial şəbəkə istifadəçiləri tərəfindən birmənalı qarşılanmayıb.

Xüsusilə isti yay havasında qalın və tünd rəngli geyim seçimi izləyicilər arasında narazılıq yaradıb. Sosial media istifadəçiləri paylaşımın şərh bölməsində müxtəlif tənqidi rəylər yazıblar: pizza mizza

“Bunlara heç geyim seçdirə bilmirlər”, “Temudan gələn Hadisə”, “Bu istidə o nə geyimdir?”, “Deyiləsi söz çoxdur, amma demirəm...”  kimi şərhlər ifaçının görünüşünün bəzilərində təəccüb, bəzilərində isə narazılıq yaratdığını göstərib.

Qeyd edək ki, Nəfəs daha əvvəl də səhnə imici ilə bağlı müzakirələrə səbəb olmuşdu. 

Aydan Hacı 


Telegram kanalımız
Chosen
47
10
yenisabah.az

10Sources