EN

Zelenski: Hərbi Hava Qüvvələrinin tam təminatı vacibdir

Ukrayna lideri Volodimir Zelenski yeni müdafiə naziri Denis Şmıqala bir neçə tapşırıq verib.

NOCOMMENT.az xəbər verir ki, bu barədə “RBC-Ukrayna” xəbər yayıb.

Jurnalistlərin məlumatına görə, tapşırıqlardan biri ölkədə istehsal olunan silahların Ukrayna Silahlı Qüvvələrində (USV) payını 50%-ə çatdırmaqdır. Bu məqsəd altı ay ərzində yerinə yetirilməlidir.

“Ən prioritet vəzifələr sırasında pilotsuz təyyarələrin operatorlarının hazırlanması və bütün infrastrukturun dəstəklənməsi yer alır”, – tapşırıqlar siyahısında qeyd olunub.

Həmçinin dövlət başçısı Ukrayna Hərbi Hava Qüvvələri və bütün hava hücumundan müdafiə bölmələrinin tam təminatı üçün tədbirlər görülməsini tələb edib.

Chosen
36
50
nocomment.az

10Sources