EN

Kallas: Ticarət qarşıdurması fonunda Asiya ölkələri ABŞ a inamını itirir

Bizimyol saytına istinadən ain.az xəbər verir.

ABŞ prezidenti Donald Tramp administrasiyasının Asiyadakı müttəfiqlərinə tətbiq etdiyi yüksək idxal tarifləri onları Vaşinqtonla bağladıqları təhlükəsizlik sazişlərinin etibarlılığını şübhə altına almağa məcbur edib.

Bizimyol.info xəbər verir ki, bu fikri Avropa İttifaqı (Aİ) diplomatiyasının rəhbəri Kaja Kallas deyib.

“Asiya ölkələri bizə müraciət edir, çünki biz etibarlı tərəfdaşıq. Onlar deyirlər ki, əgər ABŞ ilə ticarət sazişləri birtərəfli qaydada ləğv edilə bilərsə, onda onlar Vaşinqtonla imzalanmış təhlükəsizlik sazişlərinə niyə etibar etməlidirlər?”, - deyə o, Britaniyanın “Financial Times” qəzetinə müsahibəsində bildirib.

Kallas qeyd edib ki, bir çox Asiya ölkələrinin nümayəndələri Aİ rəsmiləri ilə söhbətlərində icmanı Asiyada iştirakını azaltmamağa çağırır və “Aİ və müxtəlif Avropa ölkələri ilə daha sıx əlaqələri inkişaf etdirmək” arzusunu ifadə edirlər.

Əvvəllər ABŞ rəsmiləri dəfələrlə bildiriblər ki, Avropa qitəsində təhlükəsizliyin təmin edilməsinə Avropa daha çox resurs xərcləməlidir, ABŞ isə Asiyada əlavə müdafiə öhdəlikləri götürəcək. Aİ-nin hazırda Avstraliya, Yaponiya və Cənubi Koreya ilə təhlükəsizlik və müdafiə sazişləri var.

2020-ci ildə Avropa İttifaqı Cənub-Şərqi Asiya Millətləri Assosiasiyası (ASEAN) ilə terrorla mübarizə, dəniz təhlükəsizliyi və kibertəhlükəsizliyə dair tərəfdaşlıq sazişi imzalayıb.

Qadir, Bizimyol.info

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Chosen
37
50
bizimyol.info

10Sources