UEFA Konfrans Liqasının III təsnifat mərhələsinin püşkatma mərasimi keçirilib.


Rekord.az xəbər verir ki, püşkatmada Azərbaycan klubları - "Araz-Naxçıvan", "Zirə" və "Sabah"ın potensial rəqibləri də müəyyənləşib.


“Petrokub” (Moldova) - “Sabah” cütünün qalibi "Levski" (Sofiya, Bolqarıstan) - "Braqa" (Portuqaliya) cütünün qalibi ilə görüşəcək.


“Zirə” - “Hayduk” (Xorvatiya) cütünün qalibi "Atletik Klub Eskaldes" (Andorra) - "Dinamo Siti" (Albaniya) cütünün üstün tərəfi ilə üz-üzə gələcək.


"Araz-Naxçıvan" (Azərbaycan) - "Aris" (Yunanıstan) cütünün qalibi isə "Omoniya" (Kipr) - "Torpedo" (Kutaisi, Gürcüstan) matçının qalibi ilə görüşəcək.