EN

ADAU-da yay məktəbinin açılış mərasimi keçirilib - FOTOLAR

21–25 iyul tarixlərində ADAU-nun kampusunda və təbiət qoynunda keçiriləcək yay məktəbi gənclərin ekoloji düşüncəsini formalaşdırmaq, onların dayanıqlı inkişaf sahəsində bilik və bacarıqlarını artırmaq məqsədi daşıyır.

"Unikal" xəbər verir ku, Yay məktəbinin açılışında əvvəlcə Dövlət Himni səsləndirilib sonra şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad olunub.

Çıxış edən Universitetin rektoru Zəfər Qurbanov bildirib ki, yay məktəbində iştirak edən gənclər ölkəmizdə fəaliyyət göstərən 14 müxtəlif ali təhsil müəssisələri tərəfindən müəyyən edilən 50-yə yaxın tələbələrdir. Onlar bu məktəb vasitəsilə Birləşmiş Millətlər Təşkilatının (BMT) Dayanıqlı İnkişaf Məqsədləri (DİM) ilə yaxından tanış olacaq, iqlim dəyişmələri, tullantıların idarə olunması, alternativ enerji və yaşıl innovasiyalar barədə maarifləndirici sessiyalarda iştirak edəcəklər.

Kənd Təsərrüfatı Nazirliyinin aparat rəhbəri Azad Cəfərli və Aqrar İnnovasiya Mərkəzinin direktoru Anar Cəfərov çıxışlarında keçirilən tədbirin əhəmiyyətindən danışaraq, bu cür yay məktəblərinin vacibliyini diqqətə çatdırıblar.

Aqrar, Ekologiya və Su Təsərrüfatı İşçiləri Həmkarlar İttifaqı Respublika Birliyinin sədrinin müavini Fuad Məmmədov və “Agro Dairy” MMC-nin sahə meneceri Bəxtiyar Səfərov da çıxışlarında bildiriblər ki, yay məktəblərinin əhəmiyyəti çoxşaxəlidir və tələbələrin şəxsi, akademik və peşəkar inkişafına ciddi töhfələr verir.

Tədbirdə Kənd Təsərrüfatı Nazirliyinin (KTN) Elm, təhsil və insan resursları şöbəsinin müdir müavini Emin Əliyev də iştirak edib.

Həmçinin, tədbir çərçivəsində yerli ekspertlərlə görüşlər, praktiki seminarlar və yeni yaşıl təşəbbüslərin hazırlanmasına yönəlmiş mentorluq dəstəyi də nəzərdə tutulub.

Qeyd edək ki, “Yaşıl Gənclik: Dayanıqlı İnkişaf Məqsədlərinə Doğru” yay məktəbi Aqrar, Ekologiya və Su Təsərrüfatı İşçiləri Həmkarlar İttifaqı Respublika Birliyinin və “Agro Dairy” MMC-nin dəstəyi ilə həyata keçirilir.

Chosen
43
50
unikal.az

10Sources