EN

Qaradağ Lökbatan Şahdağ Qusar da oyunçu qoymadı

Fanat saytından alınan məlumata görə, ain.az bildirir.

Heyətini gücləndirməyə davam edən "Qaradağ Lökbatan" daha bir oyunçu ilə güclənib.

Fanat.Az-ın əldə etdiyi məlumata görə, II Liqaya yuvarlanan komanda müdafiəçi Rubin Seyidovla razılığa gəlib. 

27 yaşlı oyunçu son iki mövsümü "Şahdağ Qusar"da çıxış edib. O, şimal təmsilçisinə "Səbail"dən keçmişdi. 

Beləliklə, Kamal Quliyevin baş məşqçisi olduğu "Qaradağ Lökbatan" növbəti mövsümdən I Liqada çıxış edəcək "Şahdağ Qusar"dan 4-cü oyunçu keçidini reallaşdırıb. Lökbatanlılar bundan əvvəl sözügedən komandadan 31 yaşlı qapıçı Rafiq Kərimov, 27 yaşlı yarımmüdafiəçi Vüsal Hüseynov və 13 qolla komandasının ikinci məhsuldar hücumçusu olan Tural Qürbətovla anlaşıb.

Mirağa 

Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.

Abunə Ol

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Chosen
50
12
fanat.az

10Sources