EN

Avstraliyalı tədqiqatçı: Məzmun yaratmaq üçün bir çoxları süni zəkadan istifadə edir VİDEO

Şuşa, 21 iyul, Aytac Haqverdiyeva, Leyla Muradzadə, AZƏRTAC

“TikTok” sosial şəbəkəsindən istifadə zamanı bəziləri etik şəkildə davranır, bəziləri isə qalmaqallı kontent paylaşır. Auditoriyanı cəlb etmək üçün müxtəlif alətlərdən istifadə edirlər.

AZƏRTAC xəbər verir ki, bu sözləri Şuşa Qlobal Media Forumu çərçivəsində keçirilən “Sosial medianın təkamülü ictimai etimada necə təsir edir: Media savadlılığının əhatəsində” adlı paneldə Avstraliyanın “Sunshine Coast” universitetinin media təlimçisi və tədqiqatçısı Karen Sutherland deyib.

Məzmunu yaratmaq üçün bir çoxlarının süni zəkadan istifadə etdiyini diqqətə çatdıran tədqiqatçı onun təkamülünü nəzərə almağının önəmini vurğulayaraq bildirib: “Süni zəkadan düzgün istifadə etməliyik, çünki o, şəxsi məlumatların yayılmasına təhdiddir".

Chosen
30
18
azertag.az

10Sources