EN

Yol polisləri təqib zamanı qəzaya düşdü: 2 si polis olmaqla 4 nəfər yaralandı VİDEO

ain.az, Avtosfer saytına istinadən bildirir.

Qayda pozan yük maşınını təqib edən yol polisi əməkdaşları ağır yol qəzasına düşüblər. Avtosfer.az xəbər verir ki, hadisə iyulun 21-də Rusiyanın Fokino şəhərində baş verib.

Belə ki, ikinci dərəcəli yoldan çıxan “Honda Insight” markalı minik avtomobilinin sürücüsü, sayrışan işıq və xüsusi səs siqnalı qoşulmuş yol patrul xidmətinin “Skoda Octavia” markalı maşınına yol verməyib. Nəticədə qəza baş verib. Dəmir arakəsmələrə çırpılan “Skoda” idarəetmədən çıxaraq daha iki nəqliyyat vasitəsi ilə toqquşub. Zərbənin təsirindən maşınlardan biri - “Toyota Porto” aşıb.

İlkin məlumata görə, qəza nəticəsində 4 nəfər xəsarət alıb, onlardan ikisi yol polisi əməkdaşıdır. Yaralılar tibb müəssisəsinə aparılıb. 

Bildirilir ki, yol polisi əməkdaşları qayda pozan yük maşınını təqib edirmiş.

Faktla bağlı araşdırma aparılır.

Namiq Musayev

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Chosen
32
41
avtosfer.az

10Sources