EN

Yayda enerjinizi artıracaq 4 VACİB ŞƏRT!

ain.az bildirir, News24 portalına istinadən.

Yay istisində tez yorulursunuzsa, bu 4 ipucu sizə enerji qaynağı olacaq. Dietoloq Dilara Koçak su balansı, kafein istifadəsi, düzgün qidalanma vaxtı və saç baxımının yayda bədən sağlamlığı üçün vacibliyinə diqqət çəkib.

Bu barədə News24.az CNN Türk-ə istinadən xəbər verir. 

1. Su içmək – Susama hissini gözləmədən yudum-yudum su içmək, həm istilik çarpmasının qarşısını alır, həm də həzm sistemini gücləndirir. Ayran, kefir, mədən suyu kimi içkilərlə elektrolit balansı qorunmalıdır.

2. Kafeinə diqqət – Kafein sidikqovucu olduğundan, çox istifadəsi yayda bədən suyu itkisini artırır. Günün erkən saatlarında məhdud miqdarda qəbul olunmalıdır.

3. Yemək saatı – Axşam yüngül və erkən yemək həm rahat yuxuya, həm də yaxşı həzmə şərait yaradır.

4. Saç baxımı – Günəş, duzlu su və klor saçlara zərər verir. B vitamini, biotin, Omega-3 ilə zəngin qidalar (yumurta, balıq, ispanaq və s.) saç sağlamlığını qoruyur.

Xeyrənsə Piriyeva

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Chosen
9
15
news24.az

10Sources