EN

“WhatsApp”da sürpriz yenilik istifadəyə verildi

Metbuat saytına istinadən ain.az xəbər verir.

Meta “WhatsApp”da bir müddətdir müzakirə edilən reklam funksiyasını işə salıb.

Metbuat.az xəbər verir ki, reklam funksiyası "Status" pəncərəsində müşahidə edilib. Yenilik “WhatsApp”ın beta versiyasında müşahidə edilib. Məlumata görə, istifadəçilərin foto, video, səs qeydləri və ya mətn paylaşdığı "Hekayələr" bölməsinə indi təkcə dost yenilikləri deyil, həm də reklam məzmunu daxil olacaq. Meta, “WhatsApp”da nümayiş olunan reklamların istifadəçinin maraqlarına uyğunlaşdırılacağını açıqlayıb.

Reklamın hədəflənməsi istifadəçinin ünvanını (ölkə/şəhər), dili, izlənilən kanalları və tətbiq daxilindəki reklamlarla qarşılıqlı əlaqəni nəzərə alacaq. Bu hədəfləmə prosesi zamanı Meta istifadəçilərə Hesab Mərkəzi vasitəsilə reklam seçimlərini dəyişmək imkanı da təklif edir.

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Chosen
216
17
metbuat.az

10Sources