EN

Moskvadan Gəncəyə uçmalı olan təyyarə 26 saatdan çoxdur gecikir

Rusiyanın paytaxtı Moskva şəhərindən Azərbaycanın Gəncə şəhərinə uçmalı olan təyyarə 26 saatdan çoxdur gecikir.

“Report”un Qərb bürosunun məlumatına görə, Vnukova hava limanından Gəncə Beynəlxalq Hava Limanına sərnişin reysi həyata keçirməli olan “UTAİR” aviaşirkətinə məxsus olan təyyarə hələ də naməlum səbəblərdən havaya qalxa bilməyib.

Halbuki, bu gün Moskvanın digər hava limanından “AZAL”a məxsus təyyarənin Gəncə Beynəlxalq Hava Limanına uçuşu reallaşıb.

Chosen
16
28
demokrat.az

10Sources