EN

Adil Şükürov: "Komanda hələ komplektləşməyib"

"Yeni mövsümə hazırlığımız davam edir. Toplanış çərçivəsində plana uyğun olaraq "Qəbələ" ilə yoxlama oyununda qarşılaşdıq. Bu, ilk matçımız idi. Keçdiyimiz məşqlərin müqabilində futbolçuları yoxladıq."

İdman.biz xəbər verir ki, bunu "Kəpəz"in baş məşqçisi Adil Şükürov "Qəbələ" ilə yoxlama oyunundan sonra deyib.

O, Gəncə təmsilçisinin 0:2 hesablı məğlubiyyətini şərh edib: "İlk yarıda bərabər səviyyəli oyun oldu. Fasilədən sonra yerli gəncləri sınamaq istədik. Ona görə meydanda onlara şans verdik. Oyunda yaxşı məqamlar oldu ki, bizi ümüdləndirdi. Çatışmazlıqları aradan qaldırmağa çalışacağıq. İnkişaf etməyə davam edəcəyik. Təbii ki, seleksiya işlərimizi də unutmuruq. Komanda hələ komplektləşməyib. Yeni oyunçular heyətə qoşulacaq. Qarşıda növbəti yoxlama oyunları var. Qəbələyə dəstəyə görə gələn azarkeşlərimizə təşəkkür etmək istəyirəm. Onları sevindirmək üçün bütün gücümüzü səfərbər etmişik".

Chosen
22
30
idman.biz

10Sources