EN

Gəncə xəstəxanasının həyətində YANĞIN


Gəncə şəhərində Abbas Səhhət adına Birləşmiş Xəstəxanasının həyətində yanğın hadisəsi qeydə alınıb.

Globalinfo.az xəbər verir ki, səhiyyə ocağında formalaşan tibbi tullantılar naməlum şəxs və ya şəxslər tərəfindən xəstəxananın həyətində yandırılıb.

Alov və tüstü xəstəxanada ciddi təşvişə səbəb olub və əraziyə Fövqəladə Hallar Nazirliyinin Gəncə şəhər Yanğından Mühafizə İdarəsinin yanğınsöndürən avtomobilləri və canlı qüvvələri cəlb olunub.

Alov qısa müddət ərzində söndürülüb. Hadisənin səbəbləri araşdırılır.


Chosen
22
25
news24.az

10Sources