EN

Həftənin əsas siqnalı Hindistandan gəldi...

Hindistan energetika naziri vasitəsilə Rusiya neftini Fars körfəzi ölkələrinin nefti ilə əvəz etməyə hazır olduğunu bəyan edib.

SİA-nın xarici qaynaqlardan əldə etdiyi məlumata görə, məsələ burasındadır ki, Rusiya neftini qeyri-qanuni alan ölkələrə 500 faiz rüsumla bağlı Qrem Aktını həyata keçirmək mümkün deyil. Amma Hindistanla danışıqlar aparmaq olar ki, o, Rusiya neftini Fars körfəzinin nefti ilə əvəz etsin. Bununla bağlı danışıqlar aparılarsa, bu, Rusiyanın ilin sonuna qədər potensial olaraq neft gəlirlərinin ən azı 20 faizini itirəcəyi anlamına gələcək.

Və bu da öz növbəsində Kremli həlli mümkün olmayan dilemma qarşısında qoyacaq: müharibəyə xərcləri azaltmaq və infrastruktura xərcləri saxlamaq, ya da infrastruktura tüpürmək və müharibəyə xərcləri artırmaq...

Putinin nə qərar verəcəyi sualına hələlik cavab yoxdur, lakin hər iki variant onun üçün pisdir.

Bu, müharibənin sonu demək deyil. Bu o deməkdir ki, Putinin müharibə aparmaq imkanları kəskin şəkildə azalacaq. Müharibənin bitməsinə gəlincə,.. əsas amil Pekin-Vaşinqton danışıqları olaraq qalacaq.

Və bu ən azı ilin sonuna qədər davam edəcək..?

Əli Babayev

Chosen
40
5
sia.az

10Sources