EN

"Mançester Yunayted" kamerunlu futbolçunu transfer etdi - RƏSMİ

“Mançester Yunayted” “Brentford” klubunun vingeri Brian Mbemoyla müqavilə imzalayıb.

Sportal.az xəbər verir ki, Kamerun millisinin 25 yaşlı futbolçusunun “qırmızı şeytanlar”a keçidi ümumilikdə 71 milyon funt-sterlinqə başa gəlib. Bu məbləğin 65 milyonu dörd hissədə ödəniləcək, əlavə olaraq 6 milyonluq bonuslar nəzərdə tutulub. BBC-nin məlumatına görə, bu bonusların 5 milyon funt-sterlinq hissəsi reallıqda ödənəcək hissədir. Mbemo ilə müqavilə 2030-cu ilə qədər nəzərdə tutulub və əlavə 1 illik uzatma imkanı da var.

Ötən mövsüm Premyer Liqada o, 38 oyunda 20 qol vurub və 7 məhsuldar ötürmə verib. O, “Brentford”un ən məhsuldar oyunçusu olub.

Xatırladaq ki, “Mançester Yunayted” bundan əvvəl “Vulverhempton”dan Mateus Kunyanı 62,5 milyon funt sterlinqə transfer etmişdi.

saytlarin hazirlanmasi

Chosen
28
11
sportal.az

10Sources