EN

Azərbaycanlı FİFA referisi UEFA-dan təyinat aldı

FIFA referisi Kamal Umudlu növbəti təyinat alıb.

Operativ Media xəbər verir ki, bu haqda AFFA-nın mətbuat xidməti məlumat yayıb.

K.Umudlu UEFA Konfrans Liqasının II təsnifat mərhələsinin cavab oyunu çərçivəsində keçiriləcək “İberiya” (Tbilisi, Gürcüstan) – “Levadiya” (Estoniya) qarşılaşmasının baş hakimi olacaq. Ona Namik Huseynov və Vusal Mammadov kömək edəcəklər. Dördüncü hakim funksiyasını Tural Qurbanov yerinə yetirəcək.

İyulun 29-da Tbilisi şəhərində yerləşən Mixail Mesxi adına stadionda keçiriləcək görüş Bakı vaxtı ilə saat 20:00-da başlayacaq.

Chosen
44
34
operativmedia.az

10Sources