Azərbaycan bilyardçısı Seymur Məmmədov Avropa çempionatında tarixi nailiyyətə imza atıb.
Fanat.Az xəbər verir ki, məlumatı Bilyard Federasiyasının (ABF) mətbuat xidməti yayıb.
Həm də ABF-nin prezidenti olan Məmmədov Gürcüstanın Batumi şəhərində keçirilən yarışda ikinci yeri tutub.
Qeyd edək ki, Avropa çempionatında 16 ölkədən 115 bilyardçı mübarizə aparıb.