EN

Kralın gül sevdası bağbanları qaçırtdı

ain.az xəbər verir, Cebheinfo saytına əsaslanaraq.

Böyük Britaniyanın 76 yaşlı Kralı Çarlz 1980-ci ildən etibarən şəxsi mülkü kimi istifadə etdiyi "Highgrove House" malikanəsində bağçaya xüsusi həssaslıqla yanaşır. Buradakı ekzotik bitkilər onun ən böyük hobisidir.

“Cebheinfo.az” xəbər verir ki, lakin 2022-ci ildən etibarən kralın artan tələbləri səbəbindən bağbanların işdən ayrıldığı iddia olunur. "Sunday Times" qəzetinin məlumatına görə, son üç il ərzində 12 tam ştat bağbanın 11-i işdən çıxıb. Onlardan ikisi isə baş bağban olub.

İddialara görə, Kral Çarlz güllərin rəng çalarından tutmuş meyvələrin ölçüsünə qədər hər detalı şəxsən yoxlayır və həftəlik tapşırıqlarını əməkdaşlara qırmızı mürəkkəblə yazaraq təqdim edir. Bağbanların isə minimum əməkhaqqı, həddindən artıq tələblər və artan stres səbəbilə işdən ayrıldığı bildirilir.

Əfsanə

“Cebheinfo.az”

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Chosen
5
1
cebheinfo.az

10Sources