EN

CHP-nin etirazı rədd edildi

Ajans.az turk mediasına istinadən xəbər verir ki, Konstitusiya Məhkəməsi (AYM), 21 may tarixində Türkiyə Böyük Millət Məclisinin (TBMM) Baş Assambleyasında keçirilən Hakimlər və Prokurorlar Şurasına (HSK) üzv seçiminin ləğv edilməsi ilə bağlı müraciəti “səlahiyyətsizlik” səbəbilə çoxluq səsilə rədd edib. Ali Məhkəmə bu gün keçirilən ümumi iclasda, Cümhuriyyət Xalq Partiyasının (CHP) 21 may tarixində TBMM-də keçirilən və HSK-yə 5 üzvün seçilməsi ilə bağlı müraciətini – qərarın ləğvi və icrasının dayandırılması tələbi ilə verdiyi şikayəti müzakirə edib. İlkin baxış mərhələsində AYM 11-ə qarşı 4 səslə, “səlahiyyətsizlik” səbəbilə müraciətin rəddinə qərar verib.

Həmin seçkilərdə müddəti bitən üzvlərin yerinə Füzuli Aydoğdu, Hakan Yüksel, Seyfi Han, Cengiz Aydemir və Alişan Tiryaki HSK üzvü olaraq seçilmişdi.

Chosen
47
19
Ajans.az

10Sources