EN

Tramp Çinə səfərini istisna etməyib

BAKI, TurkicWorld

ABŞ prezidenti Donald Tramp yaxın zamanda Çinə səfər edə biləcəyini istisna etməyib.

TurkicWorld xəbər verir ki, bu barədə o, Filippin prezidenti Ferdinand Markos ilə Ağ Evdə keçirdiyi görüş zamanı bildirib.

“Çin Sədri Si Cinpin məni Çinə səfərə dəvət etdi və çox güman ki, bu səfəri yaxın gələcəkdə həyata keçirəcəyik” – deyə, Tramp bildirib. O əlavə edib ki, bu məsələ ilə bağlı tezliklə qərar verəcək.

Daha əvvəl ABŞ dövlət katibi Marko Rubio, Malayziyanın paytaxtı Kuala-Lumpurda ASEAN çərçivəsində keçirilən görüşlərdə Çin Xarici İşlər naziri Van Yi ilə müzakirələrindən sonra, Tramp və Si Cinpin arasında danışıqların keçirilməsi ehtimalının yüksək olduğunu qeyd edib. O bildirib ki, tərəflər görüşün tarixini razılaşdırmaq üzərində işləyirlər.

Qeyd edək ki, Tramp və Si Cinpin iyunun 5-də telefon danışığı aparıblar. Söhbət zamanı iki lider qarşılıqlı səfərlər barədə razılığa gəlsə də, dəqiq tarix açıqlanmayıb. İyulun 8-də isə Tramp ABŞ-Çin münasibətlərində irəliləyişlərin olduğunu bəyan edib.

Chosen
70
50
turkic.world

10Sources