EN

Tramp Ukraynanı Rusiya ilə danışıqlara sövq edir

ABŞ prezidenti Donald Tramp Ukraynaya NATO-ya üzvlüyün təxirə salına biləcəyini və Rusiya tərəfindən işğal olunmuş ərazilərin geri qaytarılmasının vaxt tələb edəcəyini açıq şəkildə bildirməklə, faktiki olaraq Kiyevi Moskva ilə danışıqlara başlamağa sövq edib.

KONKRET.az xəbər verir ki, The New York Times nəşrinin məlumatına görə, Vladimir Zelenski Ağ Evdə Donald Trampla mübahisədən sonra ABŞ-dan “ciddi təhlükəsizlik təminatları” alacağına ümid etməyin mənasız olduğunu anlayıb.

Nəşr qeyd edir ki, Trampın müəyyən etdiyi 50 günlük müddət – bu zaman çərçivəsində guya Moskva və Vaşinqton arasında razılaşma əldə olunmalı idi – daha çox səbir çatışmazlığını əks etdirir və real nəticələr verəcəyi gözlənilmir.

Natiq Səlim,
KONKRET.az

Chosen
24
konkret.az

1Sources