EN

Milli mətbuatın 150 illiyi ilə bağlı tədbir keçirildi - Fotolar

İyulun 22-də Bakıda Medianın İnkişafı Agentliyi tərəfindən Azərbaycan milli mətbuatının 150 illik yubileyi münasibətilə tədbir keçirilib.

Sitat.info xəbər verir ki, əvvəlcə Azərbaycan Prezidenti İlham Əliyevin milli mətbuatın 150 illik yubileyi ilə əlaqədar media nümayəndələrinə müraciəti səsləndirilib.

Müraciəti Prezidentin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev oxuyub.

Sonra bir qrup media nümayəndəsinə Prezident İlham Əliyevin müvafiq Sərəncamı ilə təsis olunmuş “Azərbaycan milli mətbuatının 150 illiyi (1875–2025)” yubiley medalı təqdim edilib.

Daha sonra milli mətbuatın 150 illik yubileyi münasibətilə hazırlanmış videoçarx nümayiş olunub.

 

Chosen
110
28
sitat.info

10Sources