EN

Pezeşkian: İran İsrailə cavab verməyə hazırdır

İran İslam Respublikası ərazisinə hücumları bərpa etmək qərarına gələrsə, İsraili vurmağa hazırdır...

Poliqon xəbər verir ki, bunu İran prezidenti Məsud Pezeşkian ümumərəb telekanalı Əl-Cəzirəyə müsahibəsində deyib.

O qeyd edib ki, İran yəhudi dövlətinin istənilən hərbi əməliyyatına hazırdır və yenidən İsrail ərazisinə dərin zərbələr endirə bilər. Pezeşkian xatırladıb ki, iyun ayında İran İsrailin hücumlarına güclü zərbələrlə cavab verib. O vurğulayıb ki, Tehran müharibəyə can atmır, eyni zamanda atəşkəsin daimi olmasını da gözləmir.

Prezidentin sözlərinə görə, İsrail xaos və hakimiyyət sisteminə hücumlar vasitəsilə İslam Respublikasını dəyişdirməyə, onu daxildən məhv etməyə çalışıb, lakin məğlub olub.

İyulun 22-də ABŞ prezidenti Donald Tramp zərurət yaranarsa, Vaşinqtonun yenidən İranın nüvə infrastrukturuna zərbələr endirəcəyini bildirib.

Poliqon.info 

Chosen
67
16
poliqon.info

10Sources