EN

Şabranda avtomobilin darvazaya çırpılması nəticəsində bir nəfər ölüb, iki nəfər yaralanıb - YENİLƏNİB

Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə Şabran şəhərində yol-nəqliyyat hadisəsinin baş verməsi və xilasedici köməyinə ehtiyac yaranması barədə məlumat daxil olub.

APA FHN-ə istinadən məlumatla əlaqədar qəza yerinə Nazirliyin ən yaxın xilasetmə qüvvələri cəlb olunub.

Əməliyyat şəraiti qiymətləndirilərkən müəyyən olunub ki, “Daewoo” markalı minik avtomobili yol kənarındakı beton maneəyə çırpılıb, 1 nəfər avtomobildə sıxılı vəziyyətdə qalıb.

Dövlət Yanğından Mühafizə Xidmətinin müvafiq xilasetmə qüvvələri tərəfindən həyata keçirilən xilasetmə tədbirləri nəticəsində deformasiyaya uğrayan nəqliyyat vasitəsindən 1 nəfər çıxarılaraq təcili tibbi yardım briqadasına təhvil verilib.

***

09.02

Şabranda avtomobilin yaşayış evinin darvazasına çırpılması nəticəsində bir nəfər ölüb, iki nəfər yaralanıb.

APA xəbər verir ki, Şabran şəhər sakini, 2001-ci il təvəllüdlü Ramazan Süleymanovun idarə etdiyi “Daewoo Gentra” markalı avtomobil Şabran şəhəri Heydər Əliyev prospektində yerləşən yaşayış evinin darvazasına çırpılıb.

Nəticədə sürücü hadisə yerində ölüb. Avtomobildə olan sərnişinlər, 2005-ci il təvəllüdlü Kamal Əhmədov və 2001-ci il təvəllüdlü Ümid Kərimov müxtəlif dərəcəli bədən xəsarətləri alıb.

Faktla bağlı Şabran RPŞ-də CM-nin 263.2-ci maddəsi ilə cinayət işi açılıb, araşdırma aparılır.

Chosen
82
5
apa.az

6Sources