UEFA Konfrans Liqasının II təsnifat mərhələsi çərçivəsində keçiriləcək “Araz-Naxçıvan” – “Aris” (Yunanıstan) oyununa satılan biletlərin sayı açıqlanıb. Metbuat.az xəbər verir ki, bu barədə klubun mətbuat katibi Mahal Məmmədov məlumat verib.Onun sözlərinə görə, indiyədək 500-ə yaxın bilet öz sahibini tapıb.Biletlərin qiyməti sektorlara uyğun olaraq 1 və 2 manatdır. Azarkeşlər biletləri Tofiq Bəhramov adına Respublika stadionunun və “Dalğa Arena”nın kassalarından əldə edə bilər.Qeyd edək ki, “Araz-Naxçıvan” – “Aris” qarşılaşması sabah, saat 20:00-da “Dalğa Arena”da baş tutacaq.