Bakı.Trend:
Xəbər verdiyimiz kimi Ağdam rayonunun Əliağalı,Yeni Qaralar və Ağdərə rayonunun Sırxavənd kəndləri istiqamətindəaçıq ərazidə yanğın baş verib. Yanğının daha geniş sahəyəyayılmasının qarşısını almaq və söndürülməsi işlərinisürətləndirmək məqsədilə əraziyə FHN-in Aviasiya dəstəsinin ikiədəd helikopteri, Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələricəlb olunub. Ərazidə yanğınsöndürmə işlər davam edir.
TrendAğdamdakı yanğının görüntülərini əldə edib.
Qeyd edək ki, dünən Ağdam rayonunun Əlağalı, Qaralar və Qazançıkəndlərində başlayaraq Ağdərə rayonunun Sırxavənd kəndiistiqamətində yayılıb. Ərazilərdəki kol bitkiləri və quru ot örtüyüyanğının daha da genişlənməsinə səbəb olub.