Vatikan, 23 iyul, AZƏRTAC
Roma Katolik Kilsəsinin rəhbəri Papa XIV Leo Qəzza kimi döyüş bölgələrinə səfər etmək ehtimalını istisna etməyib.
AZƏRTAC xəbər verir ki, pontifik bu barədə jurnalistlərə müsahibəsində deyib.
“Şəxsən mənim getmək istədiyim yerlər çoxdur, lakin bu, cavab tapmaq üçün mütləq formul deyil. Biz hər kəsi silahlardan və hər müharibənin arxasında duran maddi qazancdan əl çəkməyə təşviq etməliyik. Silah ticarətində çox vaxt insanlar heç bir dəyəri olmayan alətə çevrilirlər. Biz hər bir insanın, xristianın, müsəlmanın, hər dindən olan insanın ləyaqətini daim qorumalıyıq”, - deyə Roma Papası bildirib.
Nihad Budaqov
AZƏRTAC-ın xüsusi müxbiri
Vatikan