Azərbaycan Mərkəzi Bankı (AMB) növbəti dəfə uçot faiz dərəcəsi ilə bağlı qərarını açıqlayıb.
“Qafqazinfo” xəbər verir ki, AMB-nin İdarə Heyəti (İH) uçot dərəcəsinin 0,25 faiz bəndi azaldılaraq 7,25%-dən 7%-ə endirilməsi barədə qərar qəbul edib.
Məlumata görə, faiz dəhlizinin aşağı həddi 6,25%-dən 6%-ə, yuxarı həddi isə 8,25%-dən 8%-ə endirilib.