EN

Çin ABŞ-ın çıxışına etiraz etdi

Ajans.az lenta ru-ya istinadən xəbər verir ki, Amerikanın Təhsil, Elm və Mədəniyyət üzrə Birləşmiş Millətlər Təşkilatından (YUNESKO) çıxmaq qərarı məsuliyyətsiz addımdır. Bu barədə Çin Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Qo Tsyakün bəyanat verib. Onun sözlərini RIA Novosti sitat gətirib. “Bu, məsuliyyətli böyük dövlətin davranışı deyil,” – deyə Çin diplomatı bildirib və əlavə edib ki, Birləşmiş Ştatlar artıq üçüncü dəfədir YUNESKO-dan çıxır.

Bundan əvvəl İsrail ABŞ-ın YUNESKO-dan çıxmasını alqışlayıb. İsrailin xarici işlər naziri Gideon Saar qeyd edib ki, Amerika rəhbərliyinin bu qərarı “ədalətə və İsrailin BMT sistemində ləyaqətli münasibətə haqqının təmin olunmasına xidmət edən zəruri addım” olub.

Chosen
78
Ajans.az

1Sources