Cebheinfo saytından alınan məlumatlara görə, ain.az xəbər verir.
Azərbaycan Qırğızıstanın paytaxtında uşaq xəstəxanası inşa edəcək.
"Cebheinfo.az" əbər verir ki, bunu Qırğızıstan Prezidentinin işlər müdiri Kanıbek Tumanbayev bildirib.
Qırğızıstan mediası K.Tumanbayevə istinadən bildirir ki, bununla bağlı qərar iki ölkənin prezidentləri arasında aparılan danışıqlar zamanı qəbul edilib.
İlkin olaraq tikinti işlərinin İssık-Kul vilayətində aparılması planlaşdırılırdı, lakin Prezident Sadır Japarovun Azərbaycana rəsmi səfərindən sonra tibb müəssisəsinin məhz Bişkekdə tikilməsinə qərar verilib.
Hazırda hazırlıq işləri aparılır. Yeni xəstəxananın tam təchiz edilmiş müasir müalicə müəssisəsi olacağı gözlənilir.
K.Tumanbayev əlavə edib ki, xəstəxana Azərbaycanın Qırğızıstana hədiyyəsi olacaq.
"Cebheinfo.az"
Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.