“Yuventus” klubu hücumçu Randal Kolo-Muaninin komandada qalması üçün maksimal səylər göstərir.
90deqiqe.Az-ın məlumatına görə, Turin təmsilçisi onun icarəsinin daha bir illiyinə uzadılmasını və müqaviləyə satınalma hüququnun əlavə edilməsini istəyir. Lakin PSJ bu variantla razılaşmır və fransalı futbolçunu birbaşa satış yolu ilə göndərmək niyyətindədir.
Buna baxmayaraq, “Yuventus” danışıqlardan geri çəkilmir və tərəflər artıq yenidən masa arxasına əyləşiblər. Kolo-Muani özü də Turinə qayıtmaqda israrlıdır və PSJ-də qalmaq istəmir. Paris klubu da öz növbəsində hücumçunu gələcək planlarına daxil etmir və onun “Park de Prens”də çıxışını davam etdirməsi artıq istisna olunur.
Qeyd edək ki, 26 yaşlı futbolçu ötən mövsümün ikinci yarısında “bianconeri”nin heyətində icarə əsasında uğurlu çıxışı ilə yadda qalıb.