EN

Ölkə ərazisində yanğınlar qəsdən törədilir? RƏSMİ CAVAB

ain.az, Cebheinfo portalına istinadən məlumat verir.

Xəbər verildiyimiz kimi, Fövqəladə Hallar Nazirliyinin (FHN) müvafiq qüvvələri ölkə ərazisində bir neçə istiqamətdə - Ağdam, Ağdərədə və Xaçmazda açıq sahələrdə baş vermiş yanğınların söndürülməsi əməliyyatlarına cəlb olunub.

Bununla bağı sakinlər iddia edirlər ki, sözügedən ərazilərdə yanğınlar qəsdən törədilib.

Məsələ ilə əlaqədar Fövqəladə Hallar Nazirliyinə müraciət etdik. Fövqəladə Hallar Nazirliyinin (FHN) Mətbuat Xidmətindən sorğumuza cavab olaraq bildirildi ki, yanğınların söndürülməsi prosesi davam etdirilir:

“Yanğınların tam söndürülməsi istiqamətində tədbirlər davam etdirilir. Yanğınların söndürülməsindən sonra yanğınların baş vermə səbəbləri araşdırılacaq”.

Gülər

“Cebheinfo.az

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Chosen
62
1
cebheinfo.az

2Sources