Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətində yeni kadr təyinatı baş tutub.
Tribunainfo.az xəbər verir ki, manset.az-ın əldə etdiyi məlumata görə, fövqəladə hallar naziri general-polkovnik Kəmaləddin Heydərovun əmri ilə daxili xidmət baş leytenantı Orxan Mehdiyev Nəsimi rayon Dövlət Yanğından Mühafizə Hissəsinin 19 nömrəli Yanğından Mühafizə bölməsinin növbə rəisinin köməkçisi vəzifəsindən azad edilib.
Â
Digər əmrlə, Orxan Mehdiyev Abşeron rayon Dövlət Yanğından Mühafizə Hissəsinin Texnika üzrə rəis müavini təyin edilib.
Â
Xatırladaq ki, Mehdiyev Orxan Kung-fu sanda üzrə dünya çempionudur. 2016-cı ildə Avropa çempionatında erməni idmançıya qalib gəlib.
Â
2019 və 2023cü ildə Fövqəladə Hallar Nazirliyi İdman Sağlamlıq Klubu və Dövlət Yanğından Mühafizə Xidmətinin rəisi tərəfindən fəxri fərmanla təltif olunub.