Ajans.az xəbər verir ki,Rusiya Prezidenti Vladimir Putin ölkədə yaşayan belarusların yerli seçkilərdə iştirak etməsinə icazə verən qanunu imzalayıb. Sənəd Rusiya hüquqi informasiya portalında dərc olunub. Bundan əvvəl Dövlət Dumasının sədri Vyaçeslav Volodin bildirmişdi ki, bu təşəbbüs İttifaq Dövləti çərçivəsində iki ölkə arasında əməkdaşlığı möhkəmləndirməyə yönəlib. Onun sözlərinə görə, insanların maraqlarını təmin etmək üçün bu potensialın inkişafı istiqamətində hər şey edilməlidir.