EN

Son anda zolağını dəyişib təhlükəli vəziyyət yaratdı 77 FD 085 VİDEO

ain.az, Avtosfer saytına istinadən bildirir.

Paytaxtın Həsən Əliyev və Şəmsi Rəhimov küçələrinin kəsişməsində qayda pozan sürücü görüntülənib.

Bu barədə izləyicilərdən biri Avtosfer.az-ın “İnstagram” ünvanına videomaterial göndərib. Kadrdan da göründüyü kimi, 77-FD-085 dövlət nömrə nişanlı “Range Rover” markalı avtomobilin sürücüsü manevr qaydasını pozub. Belə ki, düzgün zolaqda yerləşməyən sürücü son anda hərəkətdə olduğu zolaqdan anidən sola keçib. Bu vaxt o, görüntünü qeydə alan sürücüyə qəza şəraiti yaradıb. Təhlükəylə üzləşən sürücü siqnal verərək xəbərdarlıq etsə də qayda pozan şəxs ona əhəmiyyət vermədən yoluna davam edib. 

Nərmin

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Chosen
86
avtosfer.az

1Sources