Hindistan polisi Yeni Dehli yaxınlığında kirayə binadan saxta səfirlik fəaliyyəti göstərən 47 yaşlı Harshvardhan Jain-i həbs edib.
QHT.az xəbər verir ki, o, özünü səfir kimi təqdim edərək xaricdə iş vədi ilə insanlardan pul alıb. Polis onun saxta diplomatik nömrəli dörd avtomobili, dünya liderləri ilə çəkilmiş fotoları, saxta möhürləri və 4,5 milyon rupidən çox nağd pulu müsadirə edib. Jain həmçinin pulların yuyulması və saxtakarlıqda ittiham olunur.
R.İmanov