ABŞ-ın yeni "Columbia" sinifli strateji sualtı qayığının inşası 1,7 milyard dollar bahalaşıb və hazırda layihənin ümumi dəyəri ən azı 16,1 milyard dollar təşkil edir. Bu isə 2021-ci ildə ilkin maliyyələşdirmə zamanı planlaşdırılandan 12% çoxdur.
Ölkə.az Qaynarinfo-ya istinadən xəbər verir ki, bu barədə "Bloomberg" məlumat yayıb.
Qiymətin artmasının iki əsas səbəbi göstərilir:
1. 60% artım materiallar və əməkhaqqı üzrə inflyasiya ilə bağlıdır;
2. Qalan hissə isə "General Dynamics" və "HII" şirkətlərinin aşağı məhsuldarlığı ilə əlaqədardır.
ABŞ Hökumət Hesabatlığı İdarəsinin satınalmalar üzrə direktoru Şelbi Oukli bildirib ki, xərclərin gələcəkdə daha da artması mümkündür.
LayihÉ™ artıq tÉ™qvimdÉ™n 17 ay geri qalır – tÉ™hvil verilmÉ™ tarixi oktyabr 2027-ci il üçün planlaÅŸdırılmışdı. ABÅž HÉ™rbi DÉ™niz QüvvÉ™lÉ™ri vÉ™ziyyÉ™ti "kritik" adlandırır. ABÅž Senatında isÉ™ artıq Donanma rÉ™hbÉ™ri vÉ™zifÉ™sinÉ™ namizÉ™d admiral Daril Kodldan xÉ™rclÉ™rin artma sÉ™bÉ™blÉ™rinÉ™ dair izahat tÉ™lÉ™b etmÉ™yÉ™ hazırlaşırlar.
Qeyd edək ki, Columbia sinfi ABŞ-ın nüvə triadasının modernləşdirilməsində əsas elementlərdən biri hesab olunur. ABŞ Hərbi Dəniz Qüvvələri vurğulayıb ki, podratçı şirkətlər maliyyə məsuliyyəti daşıyırlar: büdcə həddinin nə qədər çox aşılması baş verərsə, onların gəliri bir o qədər azalır.