İspaniyanın qadınlardan ibarət yığması İsveçrədə keçirilən Avropa çempionatında finala yüksəlib...
Poliqon xəbər verir ki, yarımfinal matçında İspaniya yığması Almaniya millisindən güclü olub.
Əsas vaxt 0:0 hesabı ilə başa çatıb. İkinci əlavə vaxtın sonunda, 113-cü dəqiqədə həlledici qolu “Qızıl top”un ikiqat qalibi Aitana Bonmati vurub.
İyulun 27-də Bazel şəhərindəki "Sent Yakob-Park" stadionunda baş tutacaq həlledici qarşılaşmada İspaniya İngiltərə yığması ilə qarşılaşacaq.
Poliqon.info