EN

Odessaya genişmiqyaslı dron hücumu olub

Rusiya ordusu Odessaya kütləvi dron hücumu edib.

Herbiand.az Ukrayna mənbələrinə istinadən xəbər verir ki, mülki infrastrukturda ciddi ziyan dəyib.

Regional Hərbi Administrasiyasının rəhbəri Oleg Kiperin verdiyi məlumata görə, şəhərdə bir neçə yanğın baş verib.

“Çoxmərtəbəli yaşayış binasında iki mərtəbə, iki mərtəbəli evin damı, ticarət pavilyonları və yanacaqdoldurma məntəqəsi yanıb. Həmçinin, UNESCO-nun qoruması altında olan memarlıq abidələrinə ziyan dəyib. Xəsarət alanlar barədə məlumat dəqiqləşdirilir. Bütün səlahiyyətli qurumlar Rusiya hücumunun nəticələrinin aradan qaldırılması üçün işə başlayıblar.”

Chosen
69
3
herbiand.az

5Sources