EN

ADY Şimal-Cənub dəhlizinin inkişafına önəm verir

“AZCON Holding” şirkətlərindən olan “Azərbaycan Dəmir Yolları” QSC-nin sədri Rövşən Rüstəmov İran İslam Respublikasına səfəri zamanı Astara Terminalında bu ölkənin Dəmir Yollarının rəhbəri Cabbar Əli Zakeri ilə görüşüb.

Görüşdə terminalın inkişafı ilə bağlı əsas mərhələlər və icra müddətləri, terminalda aparılan tikinti işlərinin bu ilin sonuna qədər yekunlaşdırılması müzakirə olunub.

Qeyd olunub ki, Şimal-Cənub Beynəlxalq Nəqliyyat Dəhlizinin əsas elementlərindən olan Astara Terminalının (İran İslam Respublikasının ərazisində) tikintisi üzrə əsaslı işlər görülüb. Terminalın layihələndirmə işlərinin 90%-i, tikinti-quraşdırma işlərinin isə təqribən 75%-i başa çatdırılıb. 2025-ci ilin əvvəlində ADY və İran Dəmir Yolları arasında imzalanmış “Astara terminalının tikintisi və istismar müqaviləsinin icrasına dair Strateji Əməkdaşlıq Planı” terminalda nəzərdə tutulan işlərin vaxtında başa çatdırılmasına təkan verəcək.

Astara Terminalı Şimal-Cənub Beynəlxalq Nəqliyyat Dəhlizi üzrə yükdaşımaların həcminin artırılmasını və əməliyyatların operativ şəkildə həyata keçirilməsini təmin edəcək.

Chosen
115
22
publika.az

10Sources