EN

Azərbaycanda reklama görə 4 blogerdən şikayət edildi - RƏSMİ

Bir müddət əvvəl Prezident İlham Əliyevin imzaladığı sərəncamla reklam haqqında qanuna edilən dəyişikliklər qüvvəyə minib.

Dəyişikliklə influenserlər (blogerlər) də artıq qanunun təsir dairəsinə düşəcəklər. Qanunda onlar rəqəmsal platforma təsirçisi adlanır. 

Dəyişikliyə əsasən, rəqəmsal platforma təsirçisi tərəfindən həyata keçirilən reklam yayımı “reklam”, “reklam hüququ əsasında”, “sponsorluq” və ya “tərəfdaşlıq” qeydi ilə müşayiət olunmalıdır.

Bundan başqa, influenserə özü istifadə etmədiyi məhsulu istifadə edirmiş kimi göstərib reklam etmək qadağan olunur. Hər bir influenser VÖEN sahibi olmalı və hüquqi məlumatlarını qeyd etməlidir.

Qanunu pozanlar üçün cərimələr nəzərdə tutulub. 

Qeyd edək ki, qanunun qüvvəyə minməsindən 2 ay keçsə də, bəzi blogerlərin qaydalara riayət etmədiyi müşahidə edilir.

Modern.az məsələ ilə əlaqədar Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyi ilə əlaqə saxlayıb.

Rəqəmsal platforma təsirçisi tərəfindən reklam haqqında qanunvericiliyin tələblərinin pozulmasına görə vəzifəli şəxslər 750 manatdan 1250 manatadək məbləğdə, hüquqi şəxslər 2500 manatdan 4000 manatadək məbləğdə cərimə edilir.

"Cebheinfo.az" 

Chosen
90
12
cebheinfo.az

10Sources