EN

® Mərkəzi Gömrük Hospitalının uşaq cərrahı canlı yayımda “Uşaqlarda anadangəlmə ağciyər kistaları” mövzusunda çıxış edəcək

Mərkəzi Gömrük Hospitalının Uşaq Cərrahiyyəsi şöbəsinin rəisi, uzman uşaq cərrahı Vüsal Cəfərov iyulun 31-də saat 16.00-da Mərkəzi Gömrük Hospitalının rəsmi Feysbuk səhifəsi üzərindən “Uşaqlarda anadangəlmə ağciyər kistaları” mövzusunda canlı yayımda çıxış edəcək. Sualları canlı yayım vaxtı və yaxud əvvəlcədən də ünvanlamaq olar. İzləməyi unutmayın – faydalı və maarifləndirici bir yayım sizi gözləyir! Canlı yayım Mərkəzi Gömrük Hospitalının rəsmi Feysbuk səhifəsi üzərindən yayımlanacaq https://www.facebook.com/customshospital/).

Qeyd edək ki, Vüsal Cəfərov 2009-cu ildə Azərbaycan Tibb Universitetinin pediatriya fakültəsini bitirdikdən sonra 2011-2016-cı illərdə İstanbul Cərrahpaşa Universitetinin Tibb fakültəsinin Uşaq cərrahiyyəsi və uşaq urologiyası bölməsində uzmanlıq təhsili alıb. 2016-cı ildən etibarən Mərkəzi Gömrük Hospitalında uşaq cərrahı işləyir. O, 2023-cü il fevralın 2-dən Mərkəzi Gömrük Hospitalının Uşaq Cərrahiyyəsi şöbəsinin rəisi təyin edilib.

Vüsal Cəfərov dünya mətbuatını mütəmadi olaraq izləyir, tibb elminin nailiyyətləri ilə tanış olur, onları öyrənir və öz təcrübəsində tətbiq edir. Onun “Xayanın xayalıqdan kənar yerləşməsi” elmi məqaləsi 2019-cu il oktyabrın 12-də “Elsevier” nəşriyyat evinə daxil olan nüfuzlu “Journal of Pediatric Surgery Case Report” jurnalının online versiyasında ingilis dilində işıq üzü görüb. O, Türk Təbiblər Birliyinin, Türk Uşaq Cərrahiyyəsi Dərnəyinin və Türk Hipospadiya Dərnəyinin üzvüdür. Həkim barədə daha ətraflı https://customshospital.az/vusal-ceferov/ linkindən öyrənmək olar.

Chosen
25
2
azertag.az

3Sources