BAKI, AzerVoice
Suriya ilə əlaqədar ABŞ dövlət katibi İordaniya Xarici İşlər naziri ilə görüşüb.
AzerVoice xəbər verir ki, ABŞ dövlət katibi Marko Rubio İordaniyanın Xarici İşlər naziri Ayman Safadi ilə görüşüb. İki nazir Suriyanın Sveyda əyalətində atəşkəs rejimini müzakirə ediblər.
Dövlət Departamenti Rubio və Safadinin görüşü ilə bağlı yazılı açıqlama yayıb.
Açıqlamaya görə, ABŞ dövlət katibi Rubio Suriyanın cənubunda mövcud böhranın həlli üçün dialoqun zəruriliyini və hər tərəfdən mülki əhalinin qorunmasının vacibliyini vurğulayıb.
Rubio iordaniyalı həmkarı ilə İsrailin işğalı altında olan Qəzza və İordan çayının qərb sahili də daxil olmaqla bölgədə təhlükəsizliklə bağlı fikir mübadiləsi aparıb.
Rubio həmçinin Xarici İşlər naziri Safadiyə İordaniyanın regional təhlükəsizlik və sabitliyin inkişafındakı liderliyinə görə təşəkkür edib.