EN

Daha bir müharibə ocağı yarandı – Bu dəfə Kamboca Tayland ilə...

Tayland və Kamboca qoşunları arasında bu gecə səhər silahlı toqquşma başlayıb. Kambocanın atdığı raket hücumları nəticəsində 11 dinc sakin həyatını itirib.

Bizim.Media xəbər verir ki, bu barədə Taylandın səhiyyə naziri Nikondet Phalangkun məlumat verib.

“Raket-artilleriya hücumlarına məruz qalmış bütün mülki obyektlərdə ölən və yaralananlar var,” – deyə nazir bildirib.
 

Bundan əvvəl Tayland Kambocanın hücumuna cavab olaraq hərbi obyektlərə hava zərbələri endirdiyini açıqlamışdı. Kamboca 09:40-da (Bakı vaxtı ilə 05:40) Sisaket vilayətinin sərhəd zonasına zərbə endirib. Bir saat sonra Tayland Silahlı Qüvvələrinin altı F-16 qırıcısı cavab hücumu üçün havaya qalxıb.


Xatırladaq ki, 2009-cu ildə Kamboca və Tayland arasında münaqişə riski yaranmışdı. Buna səbəb Kamboca baş naziri Hun Senin Tayland məhkəməsinin hökmündən yayınaraq ölkəni tərk etmiş sabiq baş nazir Taksin Çinavataya siyasi sığınacaq verməsi olmuşdu. Taksinə sonradan iqtisadi müşavir statusu verilmişdi.

Bizim.Media

Chosen
78
bizim.media

1Sources