EN

ABŞ təyyarəsi Yaponiyada təcili eniş etdi

ABŞ-a məxsus hərbi “Osprey” nəqliyyat təyyarəsi Yaponiyanın Hanamaki hava limanına məcburi eniş edib.

Publika.az yerli mətbuata istinadən xəbər verir ki, təyyarə enişdən az əvvəl mexaniki nasazlıq barədə məlumat verib.

Lakin araşdırma nəticəsində heç bir problem aşkarlanmayıb. Bildirilib ki, təcili eniş zamanı heç kim xəsarət almayıb və hava hərəkətində də heç bir maneə yaranmayıb.

Hadisə ilə bağlı ətraflı araşdırmalara başlanılıb.

Chosen
71
publika.az

1Sources