BAKI, TurkicWorld
Türkiyə ilə Fələstin arasında imzalanmış 24 may 2024 - cü ildə “Sürücü vəsiqələrinin qarşılıqlı tanınması və dəyişdirilməsi haqqında Saziş” təsdiq olunub.
TurkicWorld xəbər verir ki, bu barədə qərar Türkiye Resmi Gazete-də çap olunub.
Saziş çərçivəsində, hər iki ölkənin ərazisində qanuni yaşayış icazəsi olan vətəndaşların daimi və etibarlı sürücü vəsiqələri qarşılıqlı tanınacaq. Bununla yanaşı, sürücü vəsiqəsini dəyişmək istəyən şəxslər praktiki və nəzəri imtahanlardan azad olunacaqlar.
Sazişin icrası tərəflərin milli qanunvericiliyinə uyğun şəkildə həyata keçiriləcək.
Bununla yanaşı, saziş iki ölkə arasında mövcud dostluq münasibətlərinin möhkəmlənməsinə və davamlı inkişaf məqsədlərinə töhfə verəcək.